CENTCOM rəhbəri Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırıb

A- A A+

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Bred Kuper Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edib. O, həmin ölkələrdə hökumət nümayəndələri və hərbi rəhbərlərlə görüşlər keçirib. Bundan əlavə, regionda yerləşdirilən ABŞ hərbçiləri ilə də görüşüb.

CENTCOM rəhbəri Ərəbistan dənizində xidmət aparan "USS Abraham Lincoln" aviadaşıyıcısında da olub. Komandanlıq qeyd edib ki, bu, Kuperin cari il ərzində aviadaşıyıcıya ikinci səfəridir.

CENTCOM-un məlumatına görə, hazırda Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisi yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: