“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

A- A A+

Əvvəlcə tropik fırtına kimi formalaşan “Lala” Havay adalarının Böyük adasına yaxınlaşarkən qasırğaya çevrilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Məlumata görə, “Lala”nın maksimal sabit küləyinin sürəti saatda 120 kilometrə çatıb. Bununla da fırtınaya Saffir-Simpson şkalası üzrə birinci kateqoriya qasırğa statusu verilib.

Milli Qasırğa Mərkəzinin məlumatında bildirilir ki, “Lala” Böyük adaya yaxınlaşarkən güclü külək və intensiv yağışlar gətirir. ABŞ Milli Meteoroloji Xidməti təhlükəli dalğalanma və ayrı-ayrı ərazilərdə daşqın riski barədə xəbərdarlıq edib.

Böyük adanın Cənub burnu yaxınlığında, dəniz səviyyəsindən 168 metr yüksəklikdə yerləşən müşahidə məntəqəsində saatda 66 kilometr sürətlə sabit külək və 102 kilometrədək çatan külək şiddəti qeydə alınıb.

Havay Nəqliyyat Departamenti “Lala” qasırğası ilə əlaqədar Hilo Beynəlxalq Hava Limanının fəaliyyətini dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: