Polşada 17-ci əsrə aid kilsə yanıb

A- A A+

Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Muzeyinin ərazisində taxtadan tikilən 17-ci əsrə aid katolik kilsəsi yanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın Podkarpatski bölgəsinin Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Yanğın avqustun 16-da gecə baş verib. Hadisə yerinə 120 yanğınsöndürən cəlb olunub. Alovun qonşu binalara yayılmasının qarşısı alınıb, lakin kilsəni xilas etmək mümkün olmayıb.

Muzey nümayəndələri bildiriblər ki, kilsədəki kolleksiyanı da xilas etmək mümkün olmayıb. Kilsə bu yaxınlarda bərpa olunmuşdu. Yanğının səbəbi məlum deyil.

Bu kilsə Polşanın ən qədim kilsələrindən biri idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: