Fransada Vergi Xidmətinə kiberhücumdan sonra Böhran Qrupu toplanır

A- A A+

Fransanın Baş naziri Sebastyan Lekornyu təxminən 680 min insanın şəxsi məlumatlarının oğurlanması ilə nəticələnən Vergi Xidmətinə kiberhücumdan sonra yaradılan Böhran Qrupunun təcili iclasını keçirəcək.

NUHÇIXAN-ın "Le Figaro" qəzetinə istinadən məlumatına görə, bu barədə Baş nazirin Dəftərxanası xəbər verib.

İclas təhlükəsiz videokonfrans vasitəsilə keçiriləcək.

Avqustun 14-də baş verən kiberhücumu Paris Prokurorluğu araşdırır.

Bundan əlavə, Sosialist Partiyasının senatorları da hadisənin səbəblərini müəyyənləşdirmək üçün parlament komissiyasının yaradılmasını tələb ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: