İspaniyanın Seuta muxtar şəhərində yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib.
NUHÇIXAN “Reuters” agentliyinə istinadən xəbər verir ki, çimərlikdə müvəqqəti düşərgə quran miqrantlar İspaniya bayraqlarını dalğalandırıb və ölkədə sığınacaq tələb edən plakatlar açıblar.
İyulun sonunda on minlərlə qanunsuz miqrant dənizdə bir neçə mil üzərək Seutaya çatıb. Böhran fonunda İspaniya hökuməti təhlükəsizliyin təmin edilməsi üçün şəhərdə ordu yerləşdirmək qərarına gəlib. Miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı güman edilir. Lakin İspaniya hakimiyyət orqanlarının məlumatına görə, təxminən 5000 miqrant hələ də şəhərdə qala bilər.
