Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub

A- A A+

Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib.

Bundan başqa, 4 nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib, digərləri, o cümlədən 14 yaşlı yeniyetmə isə xəstəxanaya göndərilib.

Qubernator qeyd edib ki, zərbə nəticəsində, həmçinin bir tikili yanıb və minik avtomobili zədələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: