İraq neftini Suriya üzərindən nəql edəcək kəmər 15 milyard dollara başa gələ bilər

A- A A+

Hörmüz boğazı vasitəsilə tədarükdən asılılığı azaltmaq üçün İraqın Suriyadan keçən yeni neft kəmərinin tikintisi üzrə layihəsi təxminən dörd il çəkə və ən azı 15 milyard dollar tələb edə bilər.

NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, bu barədə mənbələr bildirib.

"Təkcə tikinti işləri təxminən dörd il çəkə bilər. Bununla belə, layihənin yekun dəyəri və onun icra müddəti tikinti şəraitindən və Suriyadakı vəziyyətdən asılı olaraq dəyişə bilər", - mənbələr qeyd edib.

Qeyd olunub ki, söhbət İraqın cənub və şimal neft yataqlarını ölkənin qərbindəki Hədisədə yerləşən mərkəzi qovşaqla, daha sonra isə Aralıq dənizindəki Suriyanın Baniyas limanı ilə birləşdirməli olan yeni neft kəmərləri sisteminin yaradılmasından gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: