“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

A- A A+

Dünyanın tanınmış əczaçılıq şirkəti “AstraZeneca” yeni dərman preparatlarının hazırlanmasında daha bir uğursuzluqla üzləşib. Şirkət ağciyər xərçənginin müalicəsində istifadə olunması üçün nəzərdə tutulan “Volrustomig” preparatının üçüncü mərhələsinin mühüm klinik sınağını dayandırdığını açıqlayıb.

NUHÇIXAN “Spiegel” nəşrinə istinadla xəbər verir ki, şirkət bu qərarı müstəqil nəzarət komitəsinin preparatın kimyaterapiya ilə kombinasiyasının əsas hədəflərə çatma ehtimalının az olması qənaətinə gəlməsi ilə əlaqələndirib. Söhbət metastatik ağciyər xərçəngi olan xəstələrin xəstəlik irəliləmədən yaşama müddəti və ümumi sağqalma göstəricilərindən gedir.

Bu, “AstraZeneca”nın son dövrdə üzləşdiyi növbəti uğursuzluqdur. Daha əvvəl “Wainua” ürək preparatının sınağı uğursuz olmuş, ABŞ tənzimləyiciləri isə “Camizestrant” preparatının qeydiyyatını tədqiqatın dizaynı ilə bağlı səbəblərdən rədd etmişdi. “Ultomiris” dərmanı da nadir xəstəlik üzrə sınaqda əsas hədəflərə çata bilməmişdi.

Bununla belə, şirkət 2030-cu ilədək illik gəlirini 80 milyard dollara çatdırmaq planını qüvvədə saxlayır. “AstraZeneca”nın ağciyər xərçəngi ilə bağlı digər iki sınağının isə əsas hədəflərə nail olduğu açıqlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: