Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən rəqəmsallaşdırma layihəsi çərçivəsində 485 min əlyazma və nadir çap əsəri elektron platformaya köçürülüb. Materiallar Türkiyə Əlyazma Əsərlər Qurumu Başkanlığının (TÜYEK) idarə etdiyi, öz sahəsində dünyanın en böyük resurslarından sayılan “Yazma Əsərlər Portalı”nda yerləşdirilib.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, portalın 30 mindən çox istifadəçisi var və bu günədək platformaya 1,366 milyon ziyarət qeydə alınıb. Bütün materiallar fiziki bütövlüyü qorunmaqla yüksək keyfiyyətlə rəqəmsallaşdırılıb və beynəlxalq kataloq standartlarına uyğun təqdim edilir.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, layihə əsrlərlə toplanmış elm, mədəniyyət və təfəkkür irsini qlobal miqyasda əlçatan edir, eyni zamanda nadir nümunələri zamanın və istifadənin yetirdiyi zədələrdən qoruyur.
TÜYEK hazırda süni intellekt və müasir texnologiyalar vasitəsilə əsərlərin rəqəmsallaşdırılması, kataloqlaşdırılması və mətnlərin elektron formata keçirilməsi istiqamətində işləri davam etdirir.
