İndoneziyada zəlzələ qurbanlarının sayı 68 nəfərə çatıb

A- A A+

İndoneziyada avqustun 15-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Xinhua" agentliyi İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölənlərdən əlavə, hazırda 213 nəfər yaralı var.

Agentliyin məlumatına görə, əsas zəlzələdən sonra azı 1576 afterşok qeydə alınıb.

Təbii fəlakətdən zərər çəkmiş yeddi dairənin sakinləri arasında itkin düşənlər barədə məlumat daxil olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: