Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub

A- A A+

Kamçatka (Rusiya) sahillərinin akvatoriyasında 5,4 maqnitudalı zəlzələ baş verib.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.

"İlkin qiymətləndirməyə görə, Petropavlovsk-Kamçatskidə intensivlik üç bal təşkil edib", - məlumatda bildirilib.

Episentr Petropavlovsk-Kamçatskidən təxminən 94 kilometr aralıda yerləşib. Zəlzələ ocağı 44 kilometr dərinlikdə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: