Aİ Avropada meşə yanğınlarına qarşı mübarizəyə əlavə dəstək göndərib

A- A A+

Avropanın bir sıra ölkələrində meşə yanğınlarının genişlənməsi ilə əlaqədar Avropa İttifaqı (Aİ) Belçika və İspaniyaya əlavə yanğınsöndürmə qüvvələri və texnika göndərib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Belçikanın Hautes Faqnes bölgəsində yanğınlarla mübarizəyə İsveçdən Aİ-nin “rescEU” yanğınsöndürmə donanmasına məxsus iki təyyarə, həmçinin Niderland, Norveç və Almaniyadan ümumilikdə altı helikopter cəlb olunub. Bölgədə indiyədək 3 min hektardan çox ərazi yanıb.

İspaniyanın Araqon bölgəsində isə Fransadan 36 texnika ilə 104 yanğınsöndürən ispaniyalı həmkarlarına kömək edir. Burada yanğından zərər çəkən ərazinin sahəsi 16 min hektara yaxınlaşır.

Aİ-nin “Copernicus” fövqəladə hallar xidməti Belçika, İspaniya, Yunanıstan, Almaniya, Monteneqro, Serbiya, Albaniya, Fransa və İtaliyada yanğınların monitorinqini aparır.

Avropada 2026-cı il yanğın mövsümü xüsusilə ağır keçir. İyulun sonunadək yanan ərazilərin sahəsi orta göstəricidən 2,5 dəfə çox olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: