Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın danışıqlar keçirmək təklifini qəbul edib.
NUHÇIXAN-ın məlumata görə, bunu Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
Bundan əvvəl ABŞ lideri Pentaqonun rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı tapşırdığını açıqlamışdı. Tramp bu təlimlərin KXDR-ə "tamamilə yersiz və düşməncəsinə siqnal" verdiyini bildirmişdi.
O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərinin" olduğunu vurğulamışdı.
