ABŞ-də Tupak Şakurun qətlinə dair iş üzrə məhkəmənin ilk iclası olub

A- A A+

ABŞ-nin Nevada ştatında məhkəmə amerikalı repçi Tupak Şakurun qətlinin təşkilində ittiham olunan, “South Side Compton Crips” bandasının keçmiş lideri Dueyn Kit Devisin işi üzrə ilk iclası keçirib. Qətl hadisəsi 1996-cı ildə törədilib. Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

NUHÇIXAN xəbər verir ki, iclas zamanı ittiham tərəfinin nümayəndəsi təqsirləndirilən şəxsin “tətiyə basmasa da”, “qardaşı oğlunun döyülməsinin qisasını almaq məqsədilə atəş açılmasını planlaşdırdığını” söyləyib. Devis ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. İttiham təsdiqini taparsa, 63 yaşlı Devisi ömürlük həbs cəzası gözləyə bilər.

2023-cü ildə Devisin evində axtarış aparılıb, ondan bir neçə kompüter, fotoşəkillərlə dolu qutular və Şakurla bağlı materiallar götürülüb. “South Side Compton Crips” bandasının keçmiş lideri həmin ilin sonunda həbs edilib. Devis saxlanıldıqdan sonra bildirib ki, Tupakın qətlini prodüser, P. Diddy kimi tanınan Şon Con Kombs sifariş edib.

1996-cı il sentyabrın 7-də naməlum şəxslər Las-Veqasda 25 yaşlı Tupak Şakurun olduğu avtomobilə atəş açıblar. O, sentyabrın 13-də vəfat edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: