Meksikanın Çyapas ştatında 5,7 maqnitudalı zəlzələ baş verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilir.
Zəlzələ 200 mindən çox insanın yaşadığı Tapaçula şəhərindən 122 km cənub-qərbdə baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
