Gürcüstan polisi terrorçuluğu dəstəkləyən xarici ölkə vətəndaşını saxlayıb

A- A A+

Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında terror təşkilatlarının fəaliyyətinə dəstək verdiyinə görə axtarışda olan ABŞ və Özbəkistan vətəndaşını həbs ediblər.

 xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

NUHÇIXAN Bildirilir ki, saxlanılan şəxs ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən xarici terror təşkilatına maddi dəstək vermək üçün sui-qəsd, maddi dəstək vermək və maddi dəstək verməyə cəhd ittihamları ilə axtarışda olub.

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, axtarışda olan şəxs xarici terror təşkilatına dəstək tapmaq üçün ABŞ-da qrup və eyni məqsədlə maliyyə dəstəyi şəbəkəsi də yaradıb. Bu qrupun lideri və üzvləri Suriyadakı terror təşkilatlarına, o cümlədən İŞİD-ə fəal şəkildə maddi, texniki və maliyyə dəstəyi göstəriblər.

Bundan əlavə, saxlanılan şəxs müxtəlif şəxslərin döyüşmək üçün Suriyaya getməsinə də kömək edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: