Qalibaf İraqa səfər edəcək

A- A A+

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf sabah İraqa ikigünlük səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Iran International" portalı İranın İraqdakı səfiri Məhəmməd Kazım Əli Sadiqin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Qalibaf İraqda yüksək vəzifəli rəsmilərlə, o cümlədən ölkə Prezidenti Nizar Amidi, Baş nazir Əli əz-Zeydi, parlamentin spikeri və Ali Məhkəmə Şurasının rəhbəri ilə görüşlər keçirəcək.

Səfər zamanı Qalibaf ikitərəfli münasibətlərin inkişafı, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, iqtisadi əməkdaşlığın inkişafı və birgə sazişlərin icrası məsələlərini müzakirə etməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: