Suriyada istilik elektrik stansiyasında baş verən partlayışda üç nəfər ölüb

A- A A+

Suriyanın Banias şəhərində istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində üç nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Partlayış bu gün səhər saatlarında baş verib. Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma aparılır.

Suriyanın elektrik enerjisi şirkətindən bildiriblər ki, partlayış stansiyada təmir işləri aparılarkən baş verib. Ölənlər şirkətin əməkdaşlarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: