İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

A- A A+

İngiltərədə sığınacaq axtaran şəxslərin yerləşdirildiyi evlərin ünvanlarını paylaşmaqda ittiham olunan şirkət əməkdaşına qarşı cinayət işi açılıb.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, sığınacaq axtaranların yaşayış yerləri ilə təmin olunması xidmətini həyata keçirən “Serco” şirkətində çalışan 62 yaşlı Ceyms Cobson dövlət vəzifəsində qanunsuz davranışda ittiham edilib. Norfolk qraflığının Tetford şəhərində müxtəlif ərazilərdə yerləşən evlər bu ayın əvvəlində üç gecə ərzində kütlələrin hücumlarına məruz qalıb.

İttihama əsasən, C.Cobson avqustun 3-dən 14-dək “Serco” şirkətində ictimai vəzifə yerinə yetirərkən qəsdən və əsaslı səbəb və ya bəraət qazandıran hal olmadan ictimai etimaddan sui-istifadə təşkil edən hərəkətlərə yol verib. Onun işinə İpsviç Magistrat Məhkəməsində baxılıb və həbsdə saxlanılıb. C.Cobsonun sentyabrın 14-də Norviç Kral Məhkəməsində hakim qarşısına çıxacağı bildirilib.

“Serco”nun sözçüsü məsələnin hazırda polis tərəfindən araşdırıldığını və şirkətin istintaqla tam əməkdaşlıq etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: