Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

A- A A+

Avropanın miqrasiya siyasəti böhranın əsas səbəblərinə deyil, daha çox nəticələrinə yönəlir.

NUHÇIXAN xəbər verir ki, “Euractiv” nəşrinin təhlilində Avropa liderlərinin miqrasiya məsələsində sərt mövqeyinin problemin həlli üçün kifayət etmədiyi bildirilir.

Məqalədə qeyd olunur ki, İspaniyanın Şimali Afrikadakı Seuta anklavında baş verən son hadisələr Avropanın miqrasiya siyasətindəki ziddiyyətləri üzə çıxarıb. İqtisadi çətinliklər, xüsusilə Mərakeşdə gənclər arasında yüksək işsizlik miqrasiya təzyiqinin əsas amillərindən biri kimi göstərilir. Bununla yanaşı, vurğulanır ki, Avropa ölkələrinin inkişaf yardımını azaltması gələcək miqrasiya dalğalarının riskini artıra bilər.

Məlumatlara görə, zəngin ölkələrin inkişaf yardımı 2025-ci ildə 23,1 faiz azalaraq 174,3 milyard dollara düşüb. Müəllif Avropanı sərhəd nəzarəti ilə yanaşı, miqrantların mənşə ölkələrində iqtisadi imkanların yaradılmasına daha çox diqqət yetirməyə çağırır.

Təhlildə, həmçinin diqqətə çatdırılır ki, əhalinin qocalması və işçi qüvvəsinin azalması gələcəkdə Avropa üçün miqrasiyanı iqtisadi baxımdan daha vacib edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: