Konqoda Ebolaya yoluxma hallarının sayı 5 mini ötüb

A- A A+

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 5 021-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" hökumətin məlumatlarına istinadən bildirib.

Yerli səhiyyə orqanları xəbərdarlıq edir ki, görülən tədbirlər xəstəliyin yayılmasının qarşısını almaq üçün hələ ki, kifayət deyil.

Milli ictimai səhiyyə qurumunun məlumatına görə, ötən həftəsonu ölənlərin sayı 2 378 nəfərə çatıb. Bu göstərici 2018-2020-ci illərdə davam edən əvvəlki ən böyük epidemiyanın göstəricilərini üstələyib.

Son hesabata əsasən, ümumilikdə 5 021 xəstəliyə yoluxma halı qeydə alınıb. Hazırkı epidemiya həm yoluxma, həm də ölüm hallarının sayına görə yalnız 2014-2016-cı illərdə Qərbi Afrikada baş verən epidemiyadan geri qalaraq dünyada ikinci ən böyük epidemiya olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: