Sabahdan Türkiyədə “TEKNOFEST Mavi Vətən” Festivalı işə başlayır - FOTOLAR
Türkiyədə keçiriləcək “TEKNOFEST-2026” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının dəniz vasitələrinin nümayişini nəzərdə tutan “TEKNOFEST Mavi Vətən” bölməsinə avqustun 20-də start veriləcək.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin dənizçilik sahəsində ilk texnologiya festivalı olan “TEKNOFEST Mavi Vətən” ölkənin Kicaeli vilayətində yerləşən Gölcük Tərsanəsində dörd gün davam edəcək.
Festivalda TCG İstanbul, TCG Burgazada, TCG Hızırreis və TCG Sakarya kimi Türkiyənin müdafiə sənayesinin artıq bilinən yerli istehsal vasitələri ilə yanaşı, müxtəlif pilotsuz dəniz və sualtı sistemlər sərgilənəcək, ölkənin sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) komandolarının xüsusi nümayişləri keçiriləcək.
Tədbirdə Türkiyənin Makina və Kimya Sənayesi, “HAVELSAN”, “ASFAT”, “ASELSAN” və “ROKETSAN” şirkətlərinin ən yeni müdafiə sistemləri təqdim ediləcək. Gənc mühəndislər isə pilotsuz sualtı sistemlər və sualtı raket yarışlarında iştirak edəcəklər.
Tədbir 23 avqustadək davam edəcək.