Başqırdıstan Tibb Universitetinin hindistanlı tələbəsi Ufa şəhərinə PUA hücumu nəticəsində xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, altı pilotsuz uçuş aparatından biri Zaton mikrorayonunda yerləşən yaşayış binasına düşüb. Başqırdıstan rəhbəri Radiy Xabirovun sözlərinə görə, gəncin vəziyyəti narahatlıq doğurmur, lakin o, tibbi müayinədən keçəcək.
PUA-ların Ufanın sənaye müəssisələrinə hücumundan sonra neft emalı zavodlarından birində yanğın baş verib. İlkin məlumata görə, təmir işləri aparılan qurğu, həmçinin boru kəmərləri zədələnib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ərzində Rusiyanın regionları üzərində Ukraynaya məxsus 453 təyyarə tipli pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib.
