Türkiyə XİN humanitar yardım işçilərinin qorunmasına çağırıb

A- A A+

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2008-ci ildə elan edilən 19 Avqust – Ümumdünya Humanitar Yardım Günü münasibətilə bəyanat yayıb.

NUHÇIXAN xəbər verir ki, Türkiyə XİN bəyanatında BMT əməkdaşlarının və humanitar yardım işçilərinin qorunmasının, humanitar yardımların ehtiyacı olan insanlara sürətli, təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, hazırda davam edən münaqişələrdə BMT tarixində xidməti vəzifəsini yerinə yetirərkən ən çox sayda humanitar yardım işçisi həyatını itirib və mövcud vəziyyət humanitar yardım işçilərinin, eləcə də mülki şəxslərin qorunması öhdəliyinin nə dərəcədə mühüm-həyati əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.

“19 Avqust – Ümumdünya Humanitar Yardım Günü vəsiləsilə öz vəzifələrini yerinə yetirərkən həyatını itirən BMT əməkdaşlarını və humanitar yardım işçilərini minnətdarlıqla yad edirik. Köklü tariximizdən gələn güclü ənənələr və insanyönümlü xarici siyasət anlayışımız doğrultusunda, humanitar yardımların, başda Qəzza olmaqla, dünyanın müxtəlif bölgələrində ehtiyacı olan insanlara çatdırılması üçün qətiyyətlə çalışmağa davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: