Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb

A- A A+

Böyük Britaniya Kraliçası Kamilla Kral III Çarlzın xərçəng diaqnozunun ictimaiyyətə açıqlanmasından əvvəl bunu gizli saxlamağın onun üçün çətin olduğunu etiraf edib.

NUHÇIXAN xəbər verir ki, Kraliça bu barədə “Maggie’s” xərçəng xeyriyyə təşkilatının 30 illiyi münasibətilə hazırlanan videoda danışıb. Kamilla 2024-cü ilin yanvarında Londondakı “Royal Free” xəstəxanasında xərçəng xəstələrinə dəstək mərkəzinin açılışında iştirak etdiyi vaxt Kral Çarlzın xərçəng xəstəliyinə tutulduğunu və müalicəyə ehtiyacı olduğunu artıq bilirdi. Lakin diaqnoz hələ ictimaiyyətə açıqlanmadığından bu barədə heç kimə məlumat verə bilməyib. Kraliça həmin dövrü xatırlayaraq bunun olduqca çətin olduğunu bildirib.

Onun sözlərinə görə, xəstələr və onların ailələri ilə görüşərkən az qala Kral Çarlzın xəstəliyi barədə danışacaqdı, lakin bunun üçün uyğun zaman olmadığını düşünüb.

Kral III Çarlzın xərçəng diaqnozu 2024-cü il fevralın 5-də, Kraliçanın “Royal Free” xəstəxanasına səfərindən bir neçə gün sonra ictimaiyyətə açıqlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: