Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

A- A A+

Almaniyada xaricdə əldə edilmiş peşə ixtisaslarının tanınması 2025-ci ildə də artıb.

NUHÇIXAN xəbər verir ki, ölkənin Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ötən il 86,6 min tanınma müraciəti müsbət nəticələnib.

Bu, 2024-cü illə müqayisədə 10 faiz çoxdur. Bununla belə, artım tempi əvvəlki illərlə müqayisədə zəifləyib. 2024-cü ildə artım 21, 2023-cü ildə isə 25 faiz təşkil edib.

Ötən il xarici peşə ixtisaslarının tanınması ilə bağlı ümumilikdə 102,9 min müraciətə baxılıb. Onların 76,2 mini yeni müraciətlər olub və bu göstərici bir il ərzində 7 faiz artıb.

Müsbət qərarların sayına görə Türkiyə 9,8 min müraciətlə ilk sırada qərarlaşıb. Sonrakı yerləri Ukrayna (8,3 min), Suriya (6,1 min), Hindistan və Tunis (hər biri 5,4 min) tutub. Suriyadan olan ixtisasların tanınması 42 faiz artaraq ilk beşlikdə ən yüksək dinamika göstərib.

Ən çox tanınan peşə isə 32 min qərarla tibb bacısı olub. Həkimlik (13,9 min) və mühəndislik (4,6 min) növbəti yerlərdə qərarlaşıb. Bu üç peşə bütün müsbət qərarların 58 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: