Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

A- A A+

Ukrayna Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təyin edib.

NUHÇIXAN xəbər verir ki, Prezident Volodimir Zelenskinin irəli sürdüyü namizədə 266 xalq deputatı səs verib.

Sibiqa Denis Şmıqalın hökumətində, eləcə də Yuliya Sviridenkonun hökumətinin ilkin tərkibində xarici işlər naziri vəzifəsini tutub.

Qeyd edək ki, Andrey Sibiqa 1975-ci il yanvarın 1-də Ternopol vilayətinin Zborov şəhərində anadan olub. O, Xarici İşlər Nazirliyində fəaliyyətə 1997-ci ildə başlayıb.

1998–2002-ci illərdə Ukraynanın Polşadakı səfirliyində əvvəl ikinci, daha sonra isə birinci katib vəzifəsində çalışıb. 2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Avropaya inteqrasiya idarəsinin hüquqi və humanitar əməkdaşlıq şöbəsində birinci katib vəzifəsində işləyib.

2003–2008-ci illərdə Müqavilə-Hüquq İdarəsində, daha sonra isə Xarici İşlər Nazirliyinin departamentində rəhbər vəzifələr tutub. 2008–2021-ci illərdə Ukraynanın Polşadakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb, 2012-2016-cı illərdə isə Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinə rəhbərlik edib.

2016-cı il avqustun 23-də Sibiqa Ukraynanın Türkiyədəki səfiri təyin olunub. 2021-ci il mayın 19-da bu vəzifədən azad edildikdən sonra Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: