Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub - FOTOLAR
Ukrayna və Rusiya arasında əsir mübadiləsi həyata keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Rusiya əsirliyində olan 103 ukraynalı hərbçi vətənə qaytarılıb. Bunun müqabilində Ukrayna 103 rusiyalı hərbi əsiri Rusiyaya təhvil verib.
Zelenskinin sözlərinə görə, azad edilən ukraynalılar arasında Silahlı Qüvvələrin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın hərbçiləri var. Onların arasında Mariupol, Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson, Dnepr və digər istiqamətlərdə Ukraynanı müdafiə edən döyüşçülər də yer alır.