Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

A- A A+

Alp dağlarının İsveçrə ərazisindəki hissəsində 34 il əvvəl itkin düşmüş iki alpinistin cəsədləri tapılıb.

NUHÇIXAN “Spiegel” nəşrinə istinadla xəbər verir ki, polis onların 1992-ci ildə Vaysmies bölgəsində itkin düşən iki belçikalı olduğunu açıqlayıb.

Cəsədlər İsveçrənin İtaliya ilə sərhədi yaxınlığındakı Trift buzlaqında bir turist tərəfindən aşkarlanıb. Tapılan cəsədlər ərazidən çıxarıldıqdan sonra aparılan DNA analizi onların 1992-ci ildə itkin düşən və həmin vaxt 39 və 41 yaşlarında olan iki nəfərə məxsus olduğunu təsdiqləyib. Alpinistlərin hansı şəraitdə öldükləri hələlik açıqlanmayıb. Onların uzun illər ərzində buzlaqda qaldığı ehtimal edilir.

Son illərdə Alp buzlaqlarının sürətlə əriməsi nəticəsində onilliklər əvvəl itkin düşmüş insanların qalıqları vaxtaşırı üzə çıxır. Ötən il Zermatt yaxınlığındakı Oberqabelhorn dağında 1994-cü ildən itkin hesab olunan bir şəxsin skeleti aşkarlanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: