ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin sonlarında Şimali Koreya lideri Kim Çen Inla görüşməyi planlaşdırır.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə Donald Tramp bildirib.
Ona Kim Çen Inla görüş barədə sual verilib və o, “Bəli, bunu edəcəyəm”, – deyə cavab verib.
Qeyd edək ki, “The Wall Street Journal”ın məlumatına görə, Prezident Donald Tramp köməkçilərindən Şimali Koreya lideri Kim Çen Inla bu payızda görüşün təşkil olunmasını tələb edib.
