Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26-dan müddətsiz tətilə başlayırlar

A- A A+

Xilasetmə xidmətlərinin həmkarlar ittifaqları kadr çatışmazlığı, işçilərin tükənməsi və hakimiyyətin tələblərə konkret cavab verməməsini əsas gətirərək genişmiqyaslı aksiyaya çağırıb.

NUHÇIXAN xəbər verir ki, Fransanın Yanğınsöndürmə və Xilasetmə Xidmətlərinin (SDIS) milli həmkarlar ittifaqları sentyabrın 26-dan müddətsiz tətil elan edib.

Həmkarlar ittifaqları ölkə üzrə xilasetmə xidmətlərində çalışan bütün əməkdaşları – peşəkar yanğınsöndürənləri, eləcə də inzibati və texniki ixtisaslaşmış personalı bu aksiyaya qoşulmağa çağırıb.

“Qəzəb sütunu” adı verilən sosial hərəkatın məqsədi yanğınsöndürənlərin iş şəraitinin getdikcə pisləşməsinə diqqət çəkməkdir.

Milli həmkarlar ittifaqı koalisiyası yaydığı bəyanatda aksiyanı kadr çatışmazlığı, personalın tükənməsi və onların tələbləri qarşısında səlahiyyətli qurumların konkret cavab verməməsi ilə əsaslandırıb. Yanğınsöndürənlər narazılığı nümayiş etdirmək üçün sentyabrın 26-dan 29-dək Parisin mərkəzində yerləşən Respublika meydanında toplaşacaqlar. Bəyanatda bildirilir ki, əməkdaşlar meydanda “24 saat fasiləsiz” qalaraq, əhali ilə görüşəcək və parlament üzvlərinin diqqətini onların problemlərinə yönəldəcəklər. Koalisiya, həmçinin aksiyanın uzunmüddətli olacağını qeyd edib.

Bu tətil çağırışı Fransada təcili yardım və xilasetmə xidmətlərinin uzun müddətdir gərgin iş rejimində çalışdığı dövrə təsadüf edir. Qurumlar artan müraciətlər və son illərdə müşahidə olunan istilik dalğaları səbəbindən ciddi təzyiq altında fəaliyyət göstərirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: