“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

A- A A+

“TikTok” şəxsi mesajlar vasitəsilə pulköçürmə funksiyasını sınaqdan keçirir.

NUHÇIXAN xəbər verir ki, “Bloomberg”in məlumatına görə, yeni funksiya istifadəçilərə sosial şəbəkə daxilində bir-birilərinə birbaşa pul göndərməyə imkan verəcək.

“TikTok”un “iPhone” tətbiqinin Amerika versiyasının kodunda aşkar edilmiş funksionallığa əsasən, “TikTok Pay” ödəniş xidməti əməliyyatlar üçün nəzərdə tutulub.

Köçürmə alanlar vəsaitin alınmasını təsdiqləyə biləcəklər, göndərənlər isə əməliyyatın statusu barədə bildirişlər alacaqlar. Bundan əlavə, köçürməyə mesaj da əlavə edilə bilər.

“TikTok”un nümayəndəsi “Bloomberg”ə bildirib ki, funksiya hazırda inkişaf mərhələsindədir. Şirkət hələlik onun istifadəyə verilməsi ilə bağlı yekun qərar verməyib.

“Bloomberg” bildirir ki, ödəniş xidmətlərinin inkişafı “TikTok”a daha çox maliyyə əməliyyatını öz ekosistemində saxlamağa imkan verə bilər. Hazırda platforma istifadəçiləri “TikTok Mağazası”nda mallar üçün ödəniş edə, rəqəmsal sikkələr ala və kontent yaradıcılarına virtual hədiyyələr göndərə bilərlər.

“Sensor Tower” platformasına görə, 2026-cı ilin əvvəlindən bəri dünya üzrə istifadəçilər “TikTok”da 2,9 milyard dollardan çox pul xərcləyiblər. 2022-ci ildən bəri xidmət tətbiqdaxili alış-verişlərdən əldə edilən gəlirə görə tətbiqlər arasında birinci yeri tutur. ABŞ-də “TikTok” istifadəçi xərcləri “YouTube”, “Facebook” və digərlərinin xərclərindən çoxdur.

Xatırladaq ki, “TikTok”un qurucusu Zhang Yiming iyun ayında Hindistan milyarderi Mukeş Ambanini geridə qoyaraq Asiyanın ikinci ən varlı sahibkarı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: