Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda sülhün vacibliyini vurğulayıblar

A- A A+

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Gürcüstandakı səfiri Mustafa Türker ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından bildirilib.

Qeyd edilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və münasibətlərin dərinləşdirilməsi imkanları müzakirə olunub.

Söhbət zamanı birgə regional layihələr və ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bu kontekstdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: