İspaniyada istilər səbəbindən 4,4 mindən çox insan ölüb

A- A A+

İspaniyada anomal istilər səbəbindən 4,4 mindən çox insan ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniya mediası "MoMo" ölüm hallarının monitorinqi sisteminin məlumatlarına istinadən bildirib.

Qeyd olunub ki, bu göstərici rekord olan 2022-ci ilin göstəricisinə yaxınlaşıb. Belə ki, bu il iyunun 1-dən avqustun 19-dək 4 458 ölüm halı qeydə alınıb.

İyundan etibarən İspaniyada anomal isti hava şəraiti hökm sürür. Bir sıra bölgələrdə havanın temperaturu dəfələrlə 40 dərəcəni keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: