Şimali Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Hökumət nümayəndəsi Monika Mutsvanqvanın daha əvvəl bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyıb.
Daha əvvəl 93 nəfərin öldüyü, 77 nəfərin isə xilas edildiyi bildirilmişdi. Bir neçə nəfər itkin düşüb.
Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir.
