ABŞ Kubinanın Xalqlarla Dostluq İnstitutunun (ICAP) üç nümayəndəsinə, Kuba Tikinti Nazirliyinə və ölkə hökuməti ilə əlaqəli olan səkkiz hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Sənəddə bildirilir ki, daha əvvəl də məhdudiyyətlərə məruz qalan ICAP nümayəndələri ABŞ-ın təhlükəsizliyi üçün təhdid yaradır. Bundan əlavə, Kuba Tikinti Nazirliyinə və ölkə hökuməti ilə əlaqəli olan səkkiz şirkətə qarşı da sanksiyalar tətbiq edilib.
ABŞ həmçinin Ekvadorun səkkiz vətəndaşına və bu ölkədə qeydiyyatdan keçmiş yeddi şirkətə qarşı sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına daxil edilmə həmin şəxslərin və qurumların ABŞ-dakı aktivlərinin dondurulmasını, həmçinin ölkə vətəndaşları və şirkətlərinin onlarla biznes əlaqələri aparmasına qadağa qoyulmasını nəzərdə tutur.
