PUA hücumları səbəbindən Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib

A- A A+

Rusiyanın Jukovski və Domodedovo hava limanları fəaliyyətini dayandırıb, Şeremetyevo və Vnukovo isə müvafiq orqanlarla razılaşdırılmaqla reyslərə xidmət göstərir.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya"nın mətbuat xidməti məlumat yayıb.

Agentlikdə izah ediblər ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Vnukovoda məhdudiyyətlər artıq iki saatdan çox, Domodedovo və Jukovskidə təxminən bir saat, Şeremetyevoda isə qırx dəqiqədir ki, qüvvədədir.

Bu müddət ərzində Moskva yaxınlığında 7 pilotsuz uçuş aparatı vurulub. Hazırda xəsarət alanlar və ya dəymiş ziyanla bağlı məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: