Alyaskada qəzaya uğrayan təyyarənin göyərtəsindəki 8 nəfərin hamısı həlak olub

A- A A+

ABŞ-nin Alyaska ştatının qərbində qəzaya uğrayan təyyarənin göyərtəsində olan bütün sərnişin və ekipaj üzvləri həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Associated Press (AP) Alyaska Komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, təyyarədə iki pilot və altı sərnişin olmaqla, ümumilikdə 8 nəfər olub.

Təyyarə Ankoric şəhərindən havaya qalxıb və Alyaskanın qərbində yerləşən Keyp Nyuenhem ərazisindəki uzaq radar məntəqəsinə yaxın ərazidə qəzaya uğrayıb. Hadisə enişə yaxınlaşma zamanı baş verib.

Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: