Yaponiyanın elektron məhsulları istehsalı sahəsində tanınmış “Sharp” şirkəti ilk dəfə “5G” mobil şəbəkəsi üçün özünün smartfon prototipini təqdim edib.
NUHÇIXAN yerli KİV-lərə istinadla xəbər verir ki, şirkət gələn ilin yazından başlayaraq belə qacetlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
“Sharp” şirkətinin rəsmi nümayəndələri Tokioda yeni qurğunun necə işlədiyini nümayiş etdiriblər. Onun “5G” şəbəkəsi vasitəsilə böyük həcmdə məlumatları bir an içərisində yüklədiyi məlum olub.
Yaponiyada “5G” mobil xidmətlərinin nümunə şəklində cari ilin yay aylarından təqdim ediləcəyi bildirilir.