Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb

A- A A+

Almaniyanın Hessen əyalətinin Hofqeysmar şəhərində avtomobilin piyadalar zonasına yüksək sürətlə daxil olması nəticəsində 8 nəfər xəsarət alıb.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, polisin açıqlamasında 68 yaşlı sürücünün avtomobil piyadalar zonasına daxil olmazdan əvvəl səhhətində problem yaşadığı ehtimal edilir. Bəzi piyadalar avtomobildəki şəxsə yaxınlaşaraq onunla danışmağa çalışıb. Lakin avtomobil həmin anda qəfildən yüksək sürətlə piyadalar zonasına hərəkət edib.

Sürücü hadisə yerində təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: