ABŞ Ali Məhkəməsi Amerika lideri Donald Tramp tərəfindən tətbiq edilmiş bir sıra gömrük rüsumlarının ləğv edilməsi barədə qərar qəbul etdikdən sonra Almaniya müəssisələri təxminən 790 milyon avro alıb.
NUHÇIXAN bu barədə Almaniyanın "Tagesschau" nəşrinə istinadən məlumat verir.
Dərc edilmiş məlumatlara görə, Almaniyanın publik şirkətləri arasında ən böyük kompensasiya məbləğini "DHL" logistika konserni alıb. Şirkətin maliyyə direktoru Melani Krays bildirib ki, "DHL" üçün ümumi kompensasiya həcmi 416 milyon avro təşkil edib.
Səhiyyə sahəsində də gömrük yığımlarının qaytarılması üzrə əhəmiyyətli məbləğlər qeydə alınıb. Maliyyə direktoru Yohan Şmits bildirib ki, tibbi avadanlıq istehsalçısı "Siemens Healthineers" iyulun sonunadək xalis gömrük kompensasiyaları şəklində təxminən 200 milyon avro alıb.
2025-ci ilin oktyabrından 2026-cı ilin iyun ayının sonunadək olan dövr ərzində Amerika hökuməti gömrük rüsumlarının kompensasiyası kimi ümumilikdə təxminən 81,3 milyard dollar ödəyib.
