Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

A- A A+

ABŞ lideri Donald Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək istəyir.

NUHÇIXAN xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Cənubi Karolina ştatının Mirtl Biç şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

Tramp bildirib ki, bunun üçün ölkə qanunları dəyişdirilməlidir: "Mənim namizədliyimi qadağan edən qayda və qanunlarımız var. Əgər onlar bunu dəyişdirmək istəsələr, məmnun olaram”.

Qanuna görə, Trampın ikinci prezidentlik dövrü 2029-cu ilin yanvarında başa çatmalıdır. ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəliş prezidentin iki müddətdan artıq vəzifədə qalmasını qadağan edir. Lakin Tramp dəfələrlə üçüncü müddətə prezident seçilmək məsələsini qaldırıb.

Donald Tramp 2024-cü ilin noyabr seçkilərində ikinci müddətə ABŞ Prezidenti seçilib. Onun ilk prezidentlik dövrü isə 2017-2021-ci illəri əhatə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: