Almaniya XİN başçısı Kiyevdə səfərdədir

A- A A+

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Kiyevə səfər edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində yazıb.

Vadefulun sözlərinə görə, səfər çərçivəsində Ukraynanın qışa hazırlığı və ölkənin bundan sonra da dəstəklənməsi diqqət mərkəzində olacaq.

Öz növbəsində, Almaniya XİN-dən bildirilib ki, səfərin gündəliyinə Ukraynaya yardım göstərilməsi və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: