Rusiya Ukrayna ilə sülh haqqında dialoqa yalnız ərazi üzərindəki reallıqlar əsasında hazırdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Pavel Zarubinə müsahibəsində bildirib.
O, hazırda Ukraynadan münaqişənin həlli ilə bağlı gələn təklifləri Moskva üçün qəbuledilməz adlandırıb.
"Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən Rusiya ilə qarşıdurmada heç bir dönüş olmadı", - Putin deyib. Dövlət başçısı Rusiyanın Ukraynanın müəssisələrinə zərbələri və cəbhədə hücum sürətini artırdığını deyib.
Putin həmçinin Rusiya Silahlı Qüvvələrinin Ukraynanın sənaye infrastrukturuna hücumlarının effektivliyini vurğulayaraq, bunun Kiyevin hərbi potensialının azaldılmasına yönəldildiyini iddia edib.
