Rusiya Müdafiə Nazirliyi ölkə ərazisində hava hücumundan müdafiə (HHM) sistemlərinin aktiv işlədiyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, nazirliyin məlumatına görə, səhər saat 8:00-dan axşam 20:00-dək olan müddətdə HHM qüvvələri Ukraynaya məxsus 250 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Pilotsuz uçuş aparatları Arxangelsk, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kirov, Kursk, Orel, Ryazan, Samara, Saratov, Tver, Tula, Ulyanovsk vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası, eləcə də Azov və Qara dənizlərin suları üzərində zərərsizləşdirilib.
