İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

A- A A+

Regional dövlətlərin ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara qoşulacağı təqdirdə Tehranın sərt addımlar atacağı bildirilir.

Bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezayi bəyan edib.

NUHÇIXAN xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Möhsün Rezayi qonşu ölkələri ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməməyə çağırıb. O xəbərdarlıq edib ki, əks halda Tehran həmin ölkələri düşmən hesab edəcək: “Qonşu ölkələr ABŞ sanksiyalarına qoşularsa, Fars körfəzi və Hörmüz boğazından bir damla da neft çıxmayacaq. Bu halda İran bölgədən digər neft ixrac marşrutlarını da hədəf almağa hazırdır".

Ali Milli Təhlükəsizlik Şurasının katibi İranın müharibəni genişləndirməyə çalışmadığını, lakin qonşuların ABŞ-ni dəstəkləyəcəyi təqdirdə onların maraqlarına zərər vurulacağını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: