Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklan

A- A A+

Rusiyada qadağan olunmuş qida əlavələrinin satışı ilə məşğul olan təxminən 36 900 onlayn platforma bloklanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə avqustun 24-də “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb. Agentliyin hesabatında bildirilir ki, bloklanan resurslar arasında dövlət qeydiyyatından keçməmiş "Metaboost Fat Burner" və "Divriot kökü ekstraktı" kimi məhsul təklif edən internet səhifələri var. Həmçinin populyar olan "D3 vitamini, 60 kapsul" məhsulunun da qeydiyyatsız satıldığı müəyyən edilib.

“Rospotrebnadzor” qadağan olunmuş qida əlavələrinin onlayn satışı ilə bağlı araşdırmaları davam etdirəcəyini vurğulayıb. Eyni zamanda, vətəndaşlara bioloji aktiv əlavələri sağlamlıq risklərindən qorunmaq üçün yalnız rəsmi təchizatçılardan almaq tövsiyə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: