Gürcüstan prokurorluğu həbsdə olan sabiq Baş nazirə qarşı yeni ittiham irəli sürüb

A- A A+

Gürcüstan Prokurorluğu sabiq Baş nazir İrakli Qaribaşviliyə qarşı əvvəlcədən razılaşdırılmış şəkildə bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almaqda ittiham irəli sürüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorunun müavini Amiran Quluaşvili bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, İrakli Qaribaşvilini 11 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili yanvarın 12-də həbs olunub. Məhkəmənin qərarı ilə o, 1 milyon lari cərimə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: