Rusiyaya qarşı münaqişənin diplomatik yolla başa çatması üçün imkanlar pəncərəsi 2027-ci ilin yayının sonuna qədər davam edəcək.
NUHÇIXAN "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna Prezidenti bunu ABŞ-də qarşıdan gələn seçki kampaniyası ilə izah edib.
"Müharibənin başa çatması üzrə imkanlar dəhlizi ABŞ-dəki G20-dən 2027-ci ilin yayının sonuna qədərdir, çünki daha sonra Ştatlarda prezident seçkiləri başlayır. Hesab edirik ki, hazırda bu, diplomatiyanın müharibənin başa çatmasına gətirib çıxara biləcəyi ən aktiv mərhələdir. Bu, cari ilin sonu və 2027-ci ilin yayının sonuna qədərdir", – V.Zelenski ötən gün jurnalistlərlə söhbətində bildirib. O, bu məsələni Aİ liderləri ilə də müzakirə edəcəyini əlavə edib.
Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Prezident Trampa qələbə gətirməyi və Rusiya ilə danışıqların formatını tapmağı çox istəyirlər.
