Avropa İttifaqı (Aİ) Ukraynaya nə qədər lazımdırsa siyasi, maliyyə, humanitar, hərbi və diplomatik dəstək göstərməkdə davam edəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Kiyevdə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü mərasimində çıxış edərkən bildirib.
"Biz nə qədər lazımdırsa və nə qədər müddətə lazımdırsa dəstək göstərməkdə davam edəcəyik", - Koşta deyib.
Onun sözlərinə görə, Moskva hərbi əməliyyatları dayandırmayana və sülhə həqiqi sadiqliyini nümayiş etdirməyənə qədər, Aİ Rusiyaya təzyiqləri artıracaq.
O, həmçinin Ukraynanın Aİ-yə daxil olmasını dəstəklədiyini təsdiqləyərək, onun gələcək üzvlüyünü həm ölkənin özü, həm də bütövlükdə Avropa üçün "təhlükəsizliyin və uzunmüddətli demokratik sabitliyin ən yaxşı təminatı" adlandırıb.
"Rusiya qalib gəlməyəcək", - Koşta bəyan edib.
